QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiqi barədə qanunu imzalayıb.

Milli Məclisin Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qəbul etdiyi qanunla, Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları əsasında yenilənmiş sənəd rəsmən təsdiqlənib.