QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanda noyabrın 7-dən başlayaraq ardıcıl dörd gün iş olmayacaq.
Qeyri-iş günləri noyabrın 7-dən 10-dək davam edəcək. Zəfər Günü olan 8 noyabr bazar gününə, Dövlət Bayrağı Günü kimi qeyd olunan 9 noyabr isə bazar ertəsinə düşür.
Əmək Məcəlləsində nəzərdə tutulan qaydaya görə, bayram günləri həftəsonuna təsadüf etdikdə istirahət günü növbəti iş gününə keçirilir. Bu səbəbdən noyabrın 10-u da qeyri-iş günü olacaq.
İş günləri noyabrın 11-də bərpa olunacaq.