QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyev noyabrın 5-də Abşeron rayon prokurorluğunun inzibati binasında Abşeron və Zəngilan rayonlarından olan vətəndaşlarla görüşüb.
Qəbuldan öncə Kamran Əliyev rayon mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Görüşdə 35 nəfər iştirak edib. Vətəndaşlar konkret cinayət işlərinin istintaqı, cinayətlər barədə məlumatların araşdırılmasında yol verilən qanun pozuntuları və məhkəmələrdə baxılan işlər üzrə dövlət ittihamının müdafiəsi ilə bağlı müraciətlər ediblər. Məsələlərin prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.