QafqazNews Manset.az-a istinadən xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı Gəncə-Mingəçevir-Gəncə marşrutunda əlavə qatar səfərləri planlaşdırıb. Qərar sərnişin tələbatı nəzərə alınaraq verilib.

Səfərlər noyabrın 8-də Gəncədən və Mingəçevirdən həyata keçiriləcək.

Biletləri “Azərbaycan Dəmir Yolları”nın internet səhifəsindən, “ADY Mobile” tətbiqi vasitəsilə və dəmiryol kassalarından almaq mümkündür.