QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Kreml ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi və kürəkəni Cared Kuşnerin Avropada təhlükəsizliyin müzakirəsi üçün Rusiya-NATO Şurasının əsas götürülməsi təklifinə münasibət bildirməyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin belə bir modelə yanaşması barədə suala cavab verib.
“Biz təhlükəsizlik arxitekturası ilə bağlı heç bir modeli ictimaiyyət qarşısında müzakirə etməyəcəyik”, – Peskov bildirib.