QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Afinanın Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan qadın meyiti aşkarlanıb. Hadisə yoldan keçən şəxsin çamadandan kəskin qoxu gəldiyini hiss etməsindən sonra üzə çıxıb. Əraziyə gələn polis çamadanı açaraq meyiti tapıb.

Qadının 17-25 yaşlarında olduğu ehtimal olunur. O, şort, idman büstqalteri və bluzda olub, ayaqları isə bağlı vəziyyətdə aşkarlanıb. Meyit çürümə mərhələsində olsa da, hüquq-mühafizə əməkdaşları üzərində gözlə görünən xəsarət qeydə almayıblar. Ölüm səbəbi hələ müəyyənləşdirilməyib, qadının kimliyi də təsdiqini tapmayıb.

Meyitin tapıldığı yer iyul ayında 38 yaşlı Elizabet Ceyn Rossun cəsədinin aşkarlanmasından təxminən 1,5 kilometr aralıdadır. Britaniyalı könüllü ilin əvvəlində itkin düşmüşdü. Onun cəsədi iyulun 18-də Kipselidə tərk edilmiş binadakı çamadanda tapılmışdı.