QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Zəfər Günündə küləyin dirəyə bərkidilmiş bayraqlardan birini uçurmağa çalışdığı vaxt azyaşlı oğlan bayrağa çatmaq üçün hündür dirəyə dırmaşıb. 11 yaşlı Muxtar Səfərli bu görüntülərlə gündəmə gəlib.

Muxtar bayrağa sevgisinin səbəbi barədə danışarkən həmin gün pəncərədən küləyin bayrağı apardığını gördüyünü və buna ürəyinin sızladığını bildirib.

Oğlanın dirəyə dırmaşdığı anları onu tanımayan bir şəxs lentə alaraq sosial şəbəkədə yayıb.