QafqazNews Manset.az-a istinadən xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Erlinq Haaland ilin ən yaxşı yaşlı oyunçusu nominasiyasında “Golden Player” mükafatının sahibi olub.
Avropanın müxtəlif ölkələrindən 50 aparıcı idman jurnalistinin qatıldığı səsvermədə “Barselona” və İspaniya yığmasının 19 yaşlı mərkəz müdafiəçisi Pau Kubarsi 2026-cı ilin “Golden Boy” mükafatını qazanıb. Bununla da o, 2018-ci ildə bu ada layiq görülən Matteys de Liqtdən sonra mükafatı alan ilk müdafiəçi olub.
Kubarsi ötənilki qalib, “Paris Sen-Jermen”in futbolçusu Dezire Dueni əvəzləyib.
2018-ci ildən genişləndirilən mükafatlandırma mərasimində başqa nominasiyalar üzrə qaliblər də açıqlanıb. “Atalanta”nın yetirməsi olan, hazırda “Çelsi”yə məxsus və icarə əsasında “Kristal Pelas”da oynayan müdafiəçi Honest Ahanor “İtalian Golden Boy” mükafatına layiq görülüb.
Klub idarəçiliyi nominasiyalarında “Barselona”nın prezidenti Xuan Laporta “Ən Yaxşı Prezident”, “Arsenal”ın nümayəndəsi Andrea Berta “Ən Yaxşı İdarəçi”, Xorxe Mendeş isə “Ən Yaxşı Agent” seçilib.
2003-cü ildən təqdim olunan mükafatın əvvəlki qalibləri arasında Lionel Messi, Ueyn Runi, Kilian Mbappe, Cud Bellinqem və Lamin Yamal da var.