QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Lionel Messi FIFPro-nun 2026-cı il üzrə rəmzi yığmasına daxil olaraq bu siyahıda 18-ci dəfə yer alıb və rekordunu yeniləyib.

“Qızıl top”un səkkizqat sahibi, ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyasının (FIFPro) rəmzi komandasına 2023-cü ildən sonra ilk dəfə seçilib. Beləliklə, Messi bu yığmada ən çox yer alan futbolçu olub.

Komandanın heyəti 73 ölkədən 19 806 peşəkar futbolçunun səsverməsi ilə müəyyənləşdirilib. Qapıçı David Raya (“Arsenal”), müdafiəçilər Pau Kubarsi (“Barselona”), Əşrəf Hakimi və Nuno Mendeş (hər ikisi PSJ) seçiliblər.

Yarımmüdafiə xəttində Cud Bellinqem (“Real Madrid”), Rodri (“Mançester Siti”) və Vitinya (PSJ) yer alıblar. Hücumçular arasında Messi ilə yanaşı, Erlinq Haaland (“Mançester Siti”), Kilian Mbappe (“Real Madrid”) və Lamin Yamal (“Barselona”) da var.

“Qızıl top”un 2026-cı il qalibi Harri Keyn isə rəmzi yığmaya düşməyib.