QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Avropa İttifaqının Ukraynaya ayırdığı yardım yeni borc öhdəlikləri ilə birlikdə 200 milyard avrodan çox ola bilər.

Avropa Komissiyasının məlumatları əsasında aparılan hesablamalara əsasən, indiyədək Ukraynaya 166 milyard avro ayrılıb. Bunun üzərinə Kiyevə birgə kredit formasında 40 milyard avrodan artıq vəsaitin verilməsi gözlənilir.

Ukrayna əlavə olaraq 70 milyard avro yardım istəyib. Aİ bu məbləğin 46 milyard avrosunu təmin etməyə hazırdır. Vəsaitin bir hissəsinin dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən qarşılanması nəzərdə tutulur. Lakin həmin gəlirlərdən ildə cəmi bir neçə milyard avro əldə etmək mümkündür.

Rusiya aktivlərinin özünün istifadəsi planlaşdırılmır. Bu səbəbdən maliyyələşmənin əsas mənbəyinin Aİ-nin yeni birgə borclanması ola biləcəyi bildirilir.

Məsələ gələn həftə Aİ ölkələrinin dövlət və hökumət başçılarının görüşündə müzakirə ediləcək.