QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasındakı birliyin əbədi və sarsılmaz olduğunu bəyan edib.
Dövlət başçısı bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata açıqlamasında səsləndirib. O bildirib ki, iki ölkə keçmişdə və müharibə zamanı bir yerdə olub, hazırda da birlikdədir və gələcəkdə də belə olacaq.
İlham Əliyevin sözlərinə görə, tarixi səfərin başlıca nəticəsi də məhz bu birlikdir.