QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Fələstin xalqını və hökumətini Milli Gün münasibətilə təbrik edib.

Nazirliyin “X” hesabında yayılan paylaşımda Fələstin xalqına və hökumətinə səmimi təbriklər çatdırılıb.

Məlumatda “Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik! Milli Gününüz mübarək!” ifadələri yer alıb.