QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, “Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə təsdiq olunub. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmanın 1-ci hissəsinə əsasən təsdiqlənən Əsasnamənin 4-cü hissəsində göstərilən məlumatları ilkin olaraq formalaşdıran dövlət qurumları müəyyən tədbirlər görməlidir.
İdxal-ixrac, tranzit, nəqliyyat və logistika sahələrində fəaliyyətin bütövlükdə rəqəmsallaşdırılması üçün qurumlar Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təkliflərini nəzərə almalıdır. Onlara sahibi və ya operatoru olduqları dövlət informasiya ehtiyatlarını və sistemlərini təkmilləşdirmək, həmçinin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə “Bir pəncərə” sisteminə inteqrasiya etmək üçün altı ay müddət verilib.