QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Sənədə əsasən, müsabiqənin təşkili üzrə cari işlərin aparılması üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamın birinci hissəsində göstərilən məbləğin maliyyələşdirilməsini təmin etmək tapşırılıb.

“Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Prezidentin 2019-cu il 26 iyul tarixli, 1354 nömrəli sərəncamı ilə yaradılan Təşkilat Komitəsi yeni sənəddən irəli gələn məsələləri həll edəcək.