QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi “Adahi” proqramı ilə ölkəyə göndərilən qurban ətinin paylanmasını təşkil edib.

Tədbirin başlanğıcında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi ilə səfirlik arasında ətin təhvil verilməsinə dair akt imzalanıb.

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli bildirib ki, aksiyanın iki ölkənin müsəlman xalqları arasındakı münasibətlərin möhkəmlənməsinə töhfə verəcəyi gözlənilir.

Məlumata görə, paylanacaq qurban ətinin çəkisi 46,5 tondur. Yardım 7 min ailəni əhatə edəcək.