QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Bakının Yasamal rayonunda yerləşən Park Yasamal kompleksində tam təmirli mənzillərin satışı davam edir. Alıcılara 2, 3 və 4 otaqlı planlar, şəxsi bağçası və ya terrası olan mənzillər, eləcə də ipoteka ilə alış variantları təklif olunur.

Mənzil seçimi fərqli tələbatlara uyğun nəzərdə tutulub: kompakt planlardan geniş ailələr üçün münasib variantlara qədər seçimlər var. Mənzillərin hazır və tam təmirli olması yeni sahiblərinə daha tez köçmək imkanı verir. Təmir işlərində HARO parketləri, GEWISS elektrik açarları, Prysmian yanmayan kabelləri, Zambaiti Parati divar kağızları, GROHE hamam aksesuarları və Infinity keramoqranitlərindən istifadə edilib.

Dörd hektarlıq ərazidə salınan kompleksdə yaşıllıq sahələri və müasir infrastruktur yaradılıb. Yaxınlıqdakı Yasamal gölü və bulvar sakinlər üçün gəzinti və istirahət məkanıdır. Layihədə geniş həyət, uşaq meydançaları, istirahət və idman zonaları, eləcə də gündəlik tələbatı qarşılamağa xidmət edən obyektlər nəzərdə tutulub.

Məktəb, uşaq bağçası, klinika, fitnes mərkəzi və ticarət obyektlərinin yaxınlıqda yerləşməsi yaşayış rahatlığını artırır. Park Yasamal 3 saylı Bakı “ASAN xidmət” mərkəzi və Bayraq parkının da yaxınlığındadır. Kompleksin mövqeyi şəhərin müxtəlif istiqamətlərinə çıxışı asanlaşdırır.

Mənzillərin sahəsi, qiyməti və ipoteka şərtləri ilə bağlı məlumatı “Kristal”ın satış ofisindən və ya *1544 qısa nömrəsinə zəng etməklə əldə etmək mümkündür. Ünvan: Yasamal rayonu, Kamil Rəhimli küçəsi. Ətraflı məlumat: kristal.az.