QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Bakının piyada keçidlərində infrastrukturun yenilənməsi üçün genişmiqyaslı işlər görüləcək.
“LiftTəmir” İstehsalat Birliyi bu məqsədlə iki ayrı satınalma müsabiqəsi elan edib. Layihələr paytaxtın 31 müxtəlif ünvanında yerləşən keçidləri əhatə edir.
İşlər çərçivəsində liftlərin, eskalatorların, travelatorların və əlil arabaları üçün platformaların yenilənməsi, bəzi avadanlıqların isə əsaslı təmiri planlaşdırılır. Hər iki layihəyə ümumilikdə 19 milyon 990 min manat vəsait nəzərdə tutulub.
Keçidlərdə lift və eskalatorların işlək olması yaşlıların, uşaqlı valideynlərin, hərəkət imkanları məhdud şəxslərin və digər piyadaların rahat və təhlükəsiz hərəkəti üçün əhəmiyyət daşıyır. Əlil arabaları üçün platformaların yenilənməsi isə infrastrukturun hamı üçün əlçatanlığına xidmət edəcək.