QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Emre Belözoğlunun “Fənərbağça”nın baş məşqçisi təyin olunmasından sonra klubun futbol strukturunda yeniliklərin olacağı gözlənilir.

İstanbul təmsilçisinin keçmiş qapıçısı və kapitanı Volkan Demirelin kluba dönməsi nəzərdə tutulur. Klub prezidenti Aziz Yıldırımın təşəbbüsü ilə 45 yaşlı mütəxəssisin futbol strukturunda vacib vəzifəyə təyin edilməsi müzakirə olunur.

Planlaşdırılan dəyişikliklərə əsasən, futbol direktoru Oğuz Çetinlə yollar ayrıla, bu posta isə Volkan Demirel gətirilə bilər.

Demirel 2002-2019-cu illərdə “Fənərbağça”da çıxış edib. O, son olaraq “Gənclərbirliyi”nin baş məşqçisi olub.