QafqazNews Manset.az-a istinadən xəbər verir ki, yeni islahat paketi üzrə artım istiqamətləri və sosial ödənişlərin artırılması ilə bağlı aidiyyəti qurumlar proqnoz və təkliflər hazırlayır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, Prezident İlham Əliyevin tapşırığı əsasında gələn il altıncı sosial islahat paketinin həyata keçirilməsi nəzərdə tutulur və hazırda hazırlıq işləri aparılır. Qurum bəzi media vasitələrində və sosial şəbəkələrdə müavinət artımları ilə bağlı yayılan konkret məbləğlərin yekun olmadığını bildirib.

Nazirlik qeyd edib ki, sosial ödənişlərin artırılmasının hansı istiqamətləri əhatə edəcəyi və artımın dəqiq həcmi müvafiq qanunvericilik aktları imzalandıqdan sonra müəyyənləşəcək.