QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Bakı Humanitar Kollecinin Gənclik korpusunda tələbələr arasında bıçaqlanma hadisəsi qeydə alınıb.

İki tələbə arasındakı mübahisə zamanı onlardan biri digərinə altı bıçaq zərbəsi vurub. Polis şübhəli bilinən 17 yaşlı şəxsi əməliyyat tədbirləri nəticəsində müəyyənləşdirərək saxlayıb.

Kollecdən bildirilib ki, hadisə noyabrın 2-də, dərsdənkənar vaxtda baş verib. Xəsarət alan tələbəyə tibbi yardım göstərilib və onun vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.

Təhsil müəssisəsinin açıqlamasına görə, hüquq-mühafizə orqanları hadisənin şəraitini və təfərrüatlarını araşdırır. Kollec rəsmi araşdırmanın nəticələrinin gözlənilməsini, təsdiqlənməmiş məlumatların yayılmamasını xahiş edib.