QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azercell-in 30 illik yubileyinə həsr olunan “30 il səninlə” lotereyasının ilk qalibləri müəyyənləşib. Oktyabrın 27-də və noyabrın 3-də fakturasız xətt abunəçiləri üçün keçirilən iki tirajın nəticəsində 2 Toyota Corolla Cross və 14 iPhone 17 Pro smartfonu sahiblərinə verilib.

Hər tirajda 7 iPhone 17 Pro və bir Toyota Corolla Cross uduş üçün təqdim olunub. Telefon qalibləri həftənin müvafiq günündə toplanan şanslar arasından, avtomobilin sahibi isə həftə ərzində əldə edilmiş şanslara əsasən seçilib.

Tirajlarda qalib gələnlərin adları Azercell-in rəsmi internet səhifəsində yerləşdirilib.

Lotereyada iştirak üçün ödəniş tələb olunmur. Fakturasız xətt istifadəçiləri Azercell tətbiqinin “Lotereya” bölməsində qeydiyyatdan keçə, yaxud 3035 nömrəsinə START sözünü SMS-lə göndərə bilərlər. Qeydiyyatdan sonra balansı artırmaq və Azercell-in məhsul və xidmətlərindən istifadə etmək lotereya şansları qazandırır.

Şans sayını çoxaltmaq üçün tətbiq, USSD və SMS vasitəsilə aktivləşdirilən xüsusi paketlərdən də yararlanmaq mümkündür. Paketlər abunəçilərə şəbəkədaxili danışıq dəqiqələri ilə yanaşı lotereyada iştirak şansları verir. Azercell tətbiqində həftəlik tapşırıqları yerinə yetirənlər isə əlavə şans qazana, onları beş dəfə artıra bilərlər.

Növbəti tirajlarda daha 8 Toyota Corolla Cross avtomobili və 56 iPhone 17 Pro smartfonu oynanılacaq. Final tirajının qaliblərindən biri “28 May” metro stansiyasının yaxınlığındakı tam təmirli mənzilə sahib olacaq.