QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, dana əti kotlet hazırlamaq üçün donuz və toyuq ətinə alternativ ola bilər. Bu ət zərif quruluşu, yaxşı həzm olunması və qida dəyəri ilə seçilir.
100 qram dana ətində təxminən 21 qram zülal olduğu bildirilir. Ətin tərkibində orqanizm tərəfindən daha rahat mənimsənilən heme dəmir də var. Bu maddə qırmızı qan hüceyrələrinin əmələ gəlməsində mühüm əhəmiyyət daşıyır.
Dana ətində B qrupu vitaminləri, o cümlədən B12 və B6, eləcə də niasin mövcuddur. Tərkibindəki sink və selen immun sisteminin normal işləməsinə dəstək verir. Ətin uyğun hissəsi seçildikdə, yağlılığı donuz əti ilə müqayisədə daha aşağı ola bilər.
Kotlet hazırlamaq üçün 500 qram dana əti nazik dilimlənir və yüngülcə döyülür. Üzərinə duz və istiot vurulduqdan sonra parçalar ardıcıl olaraq una, çalınmış yumurtaya və suxarıya batırılır.
Tavada 100 qram kərə yağı əridilir. Kotletlər hər iki üzündən qızılı rəng alanadək bişirilir. Hazır yeməyi kartofla və ya təzə tərəvəz salatı ilə təqdim etmək olar.