QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Neftçilər prospektində avtobus zolağının tətbiq vaxtı dəyişib.
Əvvəllər sutka ərzində fasiləsiz işləyən zolaq üçün yeni qrafik müəyyənləşdirilib. İndi o, hər gün səhər saat 07:00-dan 10:00-dək, eləcə də axşam 17:00-dan 20:00-dək qüvvədə olur.
Bu vaxtlardan kənarda sürücülərin avtobus zolağından istifadə etməsinə icazə verilir.
Formula-1 yarışları ilə bağlı Neftçilər prospektinin ətrafında maneələr quraşdırıldığı dövrdə isə avtobus zolağı ümumiyyətlə qüvvədə olmayıb.