QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bakıda cəzaçəkmə müəssisəsində məhbus vintaçanla xəsarət alıb.

2001-ci il təvəllüdlü Sənan Ağabala oğlu Həsənov qarın boşluğunun küt alətlə deşilməsi diaqnozu ilə xəstəxanaya çatdırılıb. Araşdırma zamanı onun cəzaçəkmə müəssisəsində vintaçanla yaralandığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.