QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Bakıda dələduzluqda təqsirləndirilən 74 yaşlı Qədəm Tarverdiyevanın fotosu yayılıb.
Onun yerinin hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirildiyi və axtarış tədbirləri çərçivəsində iki gün əvvəl saxlanıldığı bildirilir. Məhkəmə qadın barəsində həbs qətimkan tədbiri seçib.
Tarverdiyeva başqasının evindən oğurluq etməkdə və torpağı qanunsuz zəbt etməkdə ittiham olunur. O, Bakı Ağır Cinayətlər Məhkəməsində açılmış cinayət işi üzrə keçirilən iclaslarda iştirak etməyib.
Hakim Fərid Namazovun sədrlik etdiyi məhkəmə tərkibi onun axtarışa verilməsi, mövcud qətimkan tədbirinin həbslə əvəzlənməsi və Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi barədə qərar çıxarıb.