QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Qobustan rayonunda göbələkdən zəhərləndiyi ehtimal olunan beş kişinin vəziyyəti barədə TƏBİB məlumat yayıb.
Qurumun açıqlamasına əsasən, noyabrın 5-də saat 14:00-da həmin şəxslər Qobustan Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Kişilərin hər birinə lazımi tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab edilən şəxslər ambulator müalicəni davam etdirmək üçün evə buraxılıblar.