QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Bakının Yasamal rayonunda qarajdan çıxan avtomobilin vurduğu piyada xəstəxanada vəfat edib.

Hadisə Naxçivani küçəsi, 15 ünvanındakı çoxmərtəbəli binanın yeraltı dayanacağının önündə qeydə alınıb.

1958-ci il təvəllüdlü Həsən Arif oğlu Seyidbəyov idarə etdiyi “Mitsubishi Outlander” markalı avtomobillə qarajdan çıxarkən 1955-ci il təvəllüdlü Esmira Həsənağa qızı Sadıqovanı vurub. Qadın aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib.

Hadisə ilə əlaqədar cinayət işi açılıb. Qeyd olunur ki, Həsən Seyidbəyov polkovnikdir və yüksək vəzifədə çalışır.