QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Yasamal rayonunun 6-cı Paralel küçəsində içməli su borusu partlayaraq suyun küçəyə axmasına səbəb olub.
İri Şəhərlərin Su Təchizatı Xidmətindən bildirilib ki, hadisə yerinə operativ şəkildə briqada göndərilib. Su xəttindəki axıntı dayandırılıb, hazırda təmir-bərpa işləri aparılır.