QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, noyabrın 28-də Azərbaycanda hava, əsasən, yağmursuz keçəcək, bəzi ərazilərdə duman olacaq.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti gözlənilir. Yağıntı proqnozlaşdırılmır, gecə və səhər isə bəzi yerlərdə zəif duman müşahidə oluna bilər. Şimal-qərb küləyi əsəcək.

Paytaxtda və Abşeron yarımadasında temperatur gecə 6-9, gündüz 12-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət 55-65 faiz təşkil edəcək.

Ölkənin rayonlarında da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman gözlənilir, qərb küləyi əsəcək. Temperatur gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti proqnozlaşdırılır.