QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklik baytarlıq şəhadətnaməsinə görə ödənişin ləğvini nəzərdə tutur.

Hazırda qanunun 18.66.1-ci maddəsinə əsasən, şəhadətnamənin verilməsi üçün 10 manat dövlət rüsumu tutulur. Sənədlərin ödənişli qaydada hər dəfə alınması sahibkarlıq subyektlərinin xərclərini artırır və onların maliyyə yükünə çevrilir. Bu da heyvan mənşəli məhsulların maya dəyərinə və satış qiymətinə təsir edir.

Qiymət artımının qarşısını almaq üçün baytarlıq şəhadətnaməsinin verilməsinə görə müəyyən edilmiş rüsumun ləğvi məqsədəuyğun sayılır.