QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Binəqədidə müxtəlif vaxtlarda dörd avtomobildən sürətlər qutusunun idarəetmə bloku, radiator, elektrik naqilləri və iki akkumulyator oğurlanıb. Polis tədbirləri nəticəsində bu əməllərdə şübhəli bilinən 46 yaşlı E.Günəşov saxlanılıb.

Araşdırma zamanı onun rayon ərazisindəki evlərdən birindən məişət əşyaları götürdüyü də üzə çıxıb.

Binəqədidə qeydə alınan başqa bir hadisə avtoyuma məntəqəsində baş verib. Avtomobilini “50 qəpiklik moyka”da yuduzduran şəxs sonradan ödəniş terminalını sındıraraq içərisindəki pulu aparıb. Polis hadisə ilə bağlı 43 yaşlı S.Hüseynovu müəyyənləşdirərək saxlayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.