QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, BYD şirkəti Çində üçüncü nəsil Tang elektrikli SUV modelinin satışına başlayıb. Avtomobilin bir şarjla yürüş məsafəsi 850 kilometrə çata, batareyası isə 5 dəqiqə ərzində 10 faizdən 80 faizə qədər doldurula bilər.

Yeni model üçün başlanğıc qiymət 28 min dollar müəyyən edilib. Tang alıcılara üç fərqli komplektasiyada təqdim olunur.

Standart variantın gücü 402 at qüvvəsidir. Tam ötürücülü ən yüksək versiyada iki elektrik mühərriki birlikdə 690 at qüvvəsi hasil edir. Həmin komplektasiyanın yürüş ehtiyatı 770 kilometrdir.

Avtomobil ikinci nəsil Blade batareyası, LiDAR sensorlarına əsaslanan sürücüyə yardım sistemi və ağıllı pnevmatik asqı ilə təchiz olunub.

Baqaj bölməsinin tutumu 910 litrdir. Arxa oturacaqlar qatlandıqda bu göstərici 2113 litrə yüksəlir.