QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, “Anthropic” şirkətinin rəhbəri Dario Amodei insanların səmərəlilik və ya təhlükəsizlik naminə öz gələcəkləri ilə bağlı qərar vermək hüququndan vaz keçməsini qəbuledilməz sayır. Süni intellektin nəzarətsiz inkişafının insan iradəsinə və seçim imkanlarına təhlükə yarada biləcəyi də müzakirə olunur.
Amodei süni intellekt şirkətlərinin rəhbərlərinin texnologiyanı yalnız alət kimi təqdim edən bəyanatlarına ehtiyatla yanaşır. Onun qənaətinə görə, bəzi şirkətlərin faktiki siyasəti ictimaiyyətə açıqladıqları mövqelərlə uyğun gəlmir.
O, süni intellektin əmək bazarına mənfi təsirini azaltmaq məqsədilə müəyyən modellərin imkanlarının məhdudlaşdırılmasını mümkün variant kimi göstərib. Amodei, həmçinin sistemlərin insan müdaxiləsi olmadan daha güclü süni intellekt yaratmaq qabiliyyətinə də limit qoyulmasını zəruri hesab edir.