QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Milli Kibertəhlükəsizlik Agentliyi Təhdid kəşfiyyatı platformasının lisenziyalarını genişləndirmək üçün təxminən 6 milyon manatlıq satınalma həyata keçirib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki publik hüquqi şəxs mövcud Təhlükəsizlik Əməliyyatları Mərkəzinin (SOC) təkmilləşdirilməsi çərçivəsində əlavə lisenziyalar alacaq. Satınalma Təhdid kəşfiyyatı (Threat Intelligence) platformasının funksionallığının artırılmasını nəzərdə tutur.

Müqavilənin qalibi “MİRAİ TECHNOLOGY” MMC olub. Tərəflər arasında imzalanan müqavilənin dəyəri 5.989.487,02 manatdır.