QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, noyabrın 17-si və 18-də Yer kürəsində zəif, G1 səviyyəli geomaqnit qasırğası gözlənilir.

Kosmik hava şəraiti ilə bağlı proqnoza görə, qasırğaya noyabrın 14-də qeydə alınan Tac Kütlə Atılmaları və Tac Dəliyi Axınları səbəb olacaq.

Hesabat dövründə, noyabrın 7-də də Tac Dəliyi Axınlarının təsiri ilə G1 səviyyəli geomaqnit qasırğası qeydə alınıb.