QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 2026-cı ilin ilk doqquz ayında Afrika ölkələrindən Azərbaycana gələnlərin sayı 16,6 mindən artıq olub. Bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 12 faiz çoxdur.

Dövlət Turizm Agentliyinin hesabatında bildirilir ki, sentyabrda həmin regiondan ölkəyə səfər edənlərin sayı 2,4 min nəfəri keçib. Ötən ilin sentyabrı ilə müqayisədə artım 12,1 faiz, 2026-cı ilin əvvəlindən bəri isə 52,6 faiz təşkil edib.

Ümumilikdə, hesabat dövründə Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib.