QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, ABŞ Federal Rabitə Komissiyası “SpaceX” şirkətinə kosmosda məlumat mərkəzləri yaratmaq məqsədilə bir milyona qədər peyk buraxmağa icazə verib. “Starmind” adlanan şəbəkə süni intellekt sistemlərinin artan hesablama tələbatını qarşılamaq üçün nəzərdə tutulub.
Bu, ABŞ-də kosmik məlumat mərkəzləri şəbəkəsinin qurulmasına verilən ilk icazədir.
Layihəyə əsasən, böyük həcmdə məlumatı emal edən hesablama modulları Yer orbitinə çıxarılacaq. Peyklər arasında informasiya optik bağlantılarla ötürüləcək.
FRK rəhbəri Brendan Karrın sözlərinə görə, təşəbbüs ABŞ-nin süni intellekt sahəsindəki mövqeyini möhkəmləndirəcək və hesablama infrastrukturu üçün yeni imkanlar açacaq.