QafqazNews Haber Global-a istinadən xəbər verir ki, Cəbrayılda yerləşən Türkiyə-Azərbaycan Ormancılıq Təlim Mərkəzi və Fidanlıq Təsisi istifadəyə verilib.
Təsisin təməli 20 oktyabr 2022-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Türkiye Cumhuriyeti Kənd və Meşəçilik Nazirliyinin Orman Baş İdarəsinin dəstəyilə 11,4 hektarlıq sahədə inşa edilən müəssisənin ümumi bina və istifadə sahəsi 12 200 kvadratmetrdir.
Sahədə təlim mərkəzi binası, fidanlıq inzibati binası, fidanlıq emalatxanası və fidan satış sahəsi daxil olmaqla müxtəlif qurğular mövcuddur. Fidan istehsalı 47 300 kvadratmetrlik ərazidə həyata keçiriləcək və təsisin illik istehsal gücü 2 milyon fidan təşkil edir.
Təlim mərkəzində isə hər il 400 nəfərə nəzərdə tutulmuş konaklamalı nəzəri və praktik təlimlər keçirilə biləcək.
Prezident Ərdoğan 8 noyabrda Azərbaycana səfəri çərçivəsində İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bu müəssisəni "Türkiyə ilə Azərbaycan əməkdaşlığının yeni bir nişanəsi" kimi qiymətləndirmişdi. Həmçinin Ərdoğan geri dönüş uçuşunda jurnalistlərə verdiyi açıqlamada Türkiyənin Qarabağın inkişafı üçün hər cür dəstəyi göstərdiyini və bu mərkəzi bölgəyə qazandırmaqdan məmnunluq duyduğunu bildirmişdi.