QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarında qonşuların rahatlığını pozan şəxslər inzibati məsuliyyətə cəlb oluna bilərlər. Qayda mənzillərdə, yaşayış evlərinin həyətlərində və ictimai məkanlarda səs-küy salmağa şamil edilir.
İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə görə, saat 00:00-dan səhər 07:00-dək ucadan mahnı oxumaq, musiqi alətlərində yüksək səslə ifa etmək, televizor, radio və digər səs cihazlarını gur işlətmək qadağandır.
Tələbi pozan fiziki şəxslər 150–200 manat, vəzifəli şəxslər isə 2 000–2 500 manat məbləğində cərimələnə bilərlər.
Qayda təkcə mənzilləri əhatə etmir. Yaşayış evlərinin girişləri və həyətləri, küçələr, istirahət məkanları, eləcə də digər ictimai yerlər də bu əhatəyə daxildir. Gecə avtomobildə yüksək səslə musiqi dinlənilməsi və evlərdə səsin artırılması sakinlərin narahatlığına səbəb olan hallardandır.