QafqazNews Sputnik-a istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Donald Tramp arasında İranla bağlı növbəti addımlar müzakirə edilən telefon danışığı kəskin mübahisə ilə nəticələnib.

Ynet xəbər portalının mənbələrə istinadən verdiyi məlumata görə, söhbət zamanı tərəflər arasında “dəhşətli səviyyədə” qışqırıqla müşayiət olunan mübahisə yaşanıb. Mənbələr hadisənin həftəsonu baş verdiyini bildiriblər.

Financial Times qəzetinin bazar ertəsi diplomatə istinadla yazdığına görə, Netanyahu ABŞ liderinə gündəlik zəng edərək onu İranla münaqişəni bərpa etməyə çağırır.

Ynet-in xəbərinə görə, İsrail baş nazirinin ofisi isə portala danışığın “çox da çətin olmayan söhbət” olduğunu bildirib.

Hesabatlarda həmçinin İsrail ilə ABŞ arasında Yaxın Şərqdə düşmənçiliyin bərpası ehtimalı üzərində fikir ayrılıqlarının olduğu vurğulanır.