QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya ölkədə baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı başsağlığı ünvanlayıb.

Mesajda insanların həlak olması və yaralanması xəbərinin dərin kədər doğurduğu bildirilib. İlham Əliyev öz adından və Azərbaycan xalqı adından ölənlərin ailələrinə, yaxınlarına və Bolqarıstan xalqına hüznlə başsağlığı verib, xəsarət alanlara şəfa arzulayıb.