QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, kənd təsərrüfatı məhsullarının uçot mexanizmi yenilənir. Qaydaya görə, kəndlinin istehsal etdiyi südün hər litri və yumurtaların sayı qeydiyyata alınacaq.

Uçota yalnız satış üçün nəzərdə tutulan məhsullar deyil, vətəndaşların şəxsi istifadəsi üçün istehsal etdikləri də daxil ediləcək.

Kənd sakinlərini narahat edən əsas məqam yeni sistemin sonradan vergi öhdəliyinə səbəb ola bilməsidir. Təsərrüfat sahibi Xuraman Sarıyeva bildirib: “Biz kənddə yaşayırıqsa, toyuq da, heyvan da saxlamalıyıq, çünki bununla dolanırıq. Əlbəttə ki, 5 heyvan, iki toyuq saxlayacağam. Amma onun vergisini ödəməyə gücüm çatmaz, imkanım yoxdur”.

Ekspertlərin qənaətinə görə, məlumatların toplanması iqtisadiyyatın idarə edilməsinə dair statistik göstəriciləri dəqiqləşdirmək məqsədi daşıyır.