QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Çində dövlət qurumlarında rəhbər vəzifələrə təyinat zamanı ölkə universitetlərində təhsil almış məzunlara üstünlük veriləcək.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov sosial şəbəkədəki paylaşımında bu barədə məlumat verib.

Onun sözlərinə görə, əvvəllər xaricdə təhsilini başa vurub Çinə qayıdan məzunlar yüksək qiymətləndirilir, bacarıqlı mütəxəssislər kimi qəbul edilirdilər. İndi isə yanaşma dəyişib: dövlət qurumlarında yüksək postlara yalnız Çində təhsil almış məzunların təyin ediləcəyi bildirilir.

Muradov bu siyasətin nə dərəcədə düzgün olduğunu zamanın göstərəcəyini vurğulayıb. Rektor paylaşımını “Uğurlar! Hər şey daha da yaxşı olacaq!” sözləri ilə başa çatdırıb.