QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Lens”in 18 yaşlı mərkəz müdafiəçisi Kilian Antonio Avropanın tanınmış klublarının diqqətini cəlb edib.

İnamlı çıxışı ilə seçilən futbolçu ilə İngiltərənin “Çelsi” və “Aston Villa” klubları, eləcə də PSJ maraqlanır.

Antonio son mövsümlərdə əsas komandada möhkəmlənib, Çempionlar Liqası da daxil olmaqla vacib qarşılaşmalarda meydana çıxıb. Onun bazar dəyəri artsa da, “Lens” rəhbərliyi oyunçunu asanlıqla satmağa hazır deyil və transfer üçün təxminən 30 milyon avro tələb edir.

Yanvar transfer pəncərəsində adıçəkilən üç klubun gənc müdafiəçi ilə bağlı rəsmi təkliflər irəli sürəcəyi gözlənilir.