QafqazNews Manset.az-a istinadən xəbər verir ki, qanda D vitamini göstəricisi ilə yuxunun davametmə müddəti arasında əlaqə aşkar edilib. Araşdırmaya əsasən, vitaminin səviyyəsi yüksək olan orta və yaşlı insanlar daha uzun yatırlar.
Tədqiqatda 40 yaşdan yuxarı 460 nəfərin məlumatları təhlil olunub. D vitamini göstəricisi ən yüksək olan iştirakçılar səviyyəsi aşağı şəxslərlə müqayisədə təxminən 20 dəqiqə artıq yatıblar. Çatışmazlığı olanlarda isə gecə yuxusunun orta müddəti 23 dəqiqə az qeydə alınıb.
Alimlər bu nəticələrin D vitamininin yuxunu birbaşa uzatdığını sübut etmədiyini qeyd ediblər. Əlaqə tədqiqatda yer alan qaradərili iştirakçılar arasında daha aydın nəzərə çarpıb.
Mütəxəssislər maqnezium əlavələrini həddən artıq qəbul etməyin də sağlamlığa mənfi təsir göstərə biləcəyini bildirirlər. Həkim-nutrisoloq və profilaktik tibb üzrə mütəxəssis Ryana Zubailovanın sözlərinə görə, maqneziumun normadan artıq qəbulu ürəkbulanma, ishal və qarın ağrısına yol aça bilər. O, dozanın şəxsin ehtiyacları və qidalanma rejimi nəzərə alınmaqla təyin edilməli olduğunu vurğulayıb.
Zubailova xatırladıb ki, maqnezium sıyıq, paxlalı bitki və çərəzlərdə də var. Buna görə əlavə qəbulundan əvvəl gündəlik qidalanma və sağlamlıq vəziyyəti nəzərə alınmalıdır. Mütəxəssis maqnezium preparatlarının dərmanları əvəz etmədiyini də bildirib.