QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Danimarka Avropa İttifaqına üzv dövlətlərə Rusiya vətəndaşları üçün turist vizalarının verilməsini dayandırmaq təklifi irəli sürüb. Təkliflər arasında biometrik olmayan Rusiya pasportlarının tanınmasına son qoyulması da yer alır.
Danimarka bu təşəbbüslərini noyabrın 23-də Brüsseldə keçiriləcək Avropa İttifaqı yanında Daimi Nümayəndələr Komitəsinin iclasında təqdim edəcək.