QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Misli Premyer Liqasının 12-ci turunda “Turan Tovuz” “Şamaxı”nı 2:0 hesabı ilə yenib.

Şamaxı şəhər stadionunda keçirilən görüşdə Jo Batista 34-cü, İbrahima Vadji isə 88-ci dəqiqədə fərqlənib. “Turan Tovuz”un futbolçusu Xorxe Silva 75-ci dəqiqədə qırmızı vərəqə alıb. Komanda matçı azlıqda davam etdirsə də, qələbəni qoruyub.

Turun ikinci oyun günündə keçirilməsi nəzərdə tutulan iki qarşılaşmadan biri başa çatıb. Digər matçda “Şəfa” Sumqayıtda “Qəbələ”ni qəbul edəcək.

“Şamaxı” – “Turan Tovuz” qarşılaşmasını Emin Əliyev, Akif Əmirəli, Eyyub İbrahimov və Tural Qurbanov idarə edib. VAR hakimi Nicat İsmayıllı, VAR köməkçisi isə Gülnurə Əkbərzadə olub.