QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, “Briqada” serialında Kosmos obrazını canlandıran Dmitri Dyujev ekran işinin çəkilişlərindən sonra gəlir əldə etmək üçün taksi sürücüsü kimi çalışıb.
Aktyor bildirib ki, serialdan sonra ona yeni rol təklifləri gəlməyib. Bunun səbəbi kino ictimaiyyətinin aktyorları həqiqi cinayətkarlarla səhv salmaq ehtimalı olub. Dyujev həmin dövrü aclıq vaxtı kimi xarakterizə edib.
Onun sözlərinə görə, taksi sürücüsü işlədiyi vaxt naviqatorlar olmayıb, ünvanları xəritədə qeyd edərək tapıblar. Aktyor taksi xidmətində rəsmi çalışıb-çalışmadığı, yoxsa fərdi qaydada sərnişin daşıdığı barədə məlumat verməyib.
Dyujev qeyd edib ki, “Briqada” yayımlandıqdan sonra sərnişinlər onu Kosmos obrazı ilə tanımağa başlayıblar və aktyorun taksidə əlavə qazanc əldə etməsinə təəccübləniblər. Bu səbəbdən həmin işdən ayrılmalı olduğunu deyən aktyor daha sonra Şaxta baba obrazında çalışıb.