QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, xanəndə Səbinə Ərəbli ilə aparıcı İbrahim Azərinin ailə üzvləri verilişdə yaşanan maraqlı məqamla diqqət çəkiblər.
Səbinə Ərəblinin qonaq olduğu proqrama həyat yoldaşı İbrahim Azəri və övladları gözlənilməz qonaq kimi qoşulublar. Verilişdə aparıcının uşaqlara verdiyi sual maraq doğurub.
Uşaqlardan “Atanı, yoxsa ananı daha çox sevirsən?” soruşulub. Xanəndənin kiçik oğlu isə “Belə sual olar?” deyərək cavab verib.
Onun reaksiyası studiyada maraqlı anlara səbəb olub və izləyicilərin diqqətini cəlb edib.