QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt yeni “GTA VI” oyununun gənclərin etiraz aksiyalarının azalmasına təsir göstərdiyini deyib.
Dobrindt polis situasiya mərkəzinə səfəri zamanı oyunun təqdimatının gənclərin bir qisminin evdə qalmasına səbəb olduğunu bildirib.
Almaniyanın müxtəlif bölgələrində hazırda Z nəslinin iştirakı ilə etirazlar keçirilir. Aksiyaçılar təhsil üçün ayrılan vəsaitin artırılmasını, psixoloji dəstəyə çıxışın yaxşılaşdırılmasını və artan yaşayış xərclərinə qarşı tədbirlər görülməsini tələb edirlər.
“GTA VI” satışa çıxdığı ilk gün dünya üzrə 3,79 milyard dollar gəlir əldə edib və əyləncə sənayesində rekord müəyyənləşdirib. Bu, seriyanın 13 ildən sonra təqdim olunan növbəti əsas oyunudur. Oyunun hazırlanması səkkiz il çəkib.